04 İyun 2026
Dünya futbolu

Arda Gülerin qolu mövsümün ən yaxşısı seçildi

“Real”ın futbolçusu Arda Gülerin “Elçe”yə vurduğu möhtəşəm qol La Liqada 2025/26 mövsümünün ən gözəl qolu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, türkiyəli yarımmüdafiəçi mart ayında keçirilən görüşdə topu öz yarı sahəsindən təxminən 65 metrdən qapıya göndərərək yadda qalan qola imza atmışdı.

Həmin qol daha əvvəl ayın ən yaxşı qolu mükafatını da qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43