“Turan Tovuz” heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Tovuz klubu “Araz Naxçıvan”da çıxış edən Mustafa Əhmədzadəni gündəminə alıb. Baş məşqçi Kurban Berdiyev gənc futbolçunun çıxışını çox bəyənir.
Tovuz klubu qışda da Əhmədzadəni heyətinə qatmaq üçün cəhdlər edib. Ancaq futbolçu “Araz-Naxçıvan”dan ayrılmaq istəməyib.
O, “Turan Tovuz”dan gələn yüksək maaşlı təklifi geri çevirib və müqaviləsinin sonuna qədər Naxçıvan klubunda qalacağını bildirib.
Millimizin futbolçusu bu yaxınlarda verdiyi açıqlamada klubu ilə bir illik müqaviləsinin olduğunu xatırladıb.

