“Neftçi”nin hücumçusu Ağadadaş Salyanski komandadan ayrıla bilər.
İdmanxeber.az-a verilən məlumata görə, “ağ-qaralar”la müqavilə uzadan futbolçunun xidmətində bir neçə klub maraqlıdır. Onlardan biri də “Şamaxı”dır. Bölgə təmsilçisi Salyanskini icarə əsasında heyətinə qatmaq istəyir.
Hazırda “Neftçi”nin düşərgəsində olan hücumçu özü də daha çox forma şansı qazanmaq niyyətindədir. Bu səbəbdən də futbolçunun yeni mövsümə Şamaxı təmsilçisində başlaması sürpriz olmayacaq.
Xatırladaq ki, yayda “Neftçi” ilə müqaviləsi başa çatan oyunçu ilə sözləşmə uzadılıb. Klub yaxın tarixdə bunu rəsmən açıqlayacaq.

