“Bavariya”nın cinah oyunçusu Bryan Saraqosa karyerasını yenidən İspaniyada davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Sevilya” və “Alaves” yaxından maraqlanır. Almaniya klubu onu yeni mövsümün planlarına daxil etmədiyi üçün ayrılığına razıdır. Hazırda variantlardan biri icarə, digəri isə satınalma şərti ilə keçiddir.
İspan klubları futbolçunun son zədəsindən sonra tibbi vəziyyətini də diqqətlə qiymətləndirir. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

