Kateqoriyasız

Abdulbari Gözəl “Qarabağ”ın bazasında

Abdulbari Gözəl prezidenti olduğu “Qarabağ”ın bazasına baş çəkib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubunun bazasının qurulmasının ilk günündən mütəmadi olaraq inşaatın gedişatıyla tanış olan klub prezidenti bu dəfə də ənənəsinə sadiq qalıb.

A.Gözəl stadionu gəzərək görülən işlərlə yaxından tanış olub. Stadionun tikintisinin ən qısa zamanda başa çatdırılması ilə bağlı göstəriş verən A.Gözəl bununla bağlı öz tövsiyələrini də diqqətə çatdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43