Dünya futbolu

Abidal yenidən “Barselona”da

2014-cü ildı karyerasını başa vuran Erik Abidal sabiq komandası “Barselona”ya qayıdıb.

Idmanxeber.com-un məlumatına görə, veteran futbolçu katalon klubunun yeni səfiri təyin olunub. Sabiq müdafiəçi müxtəlif tədbirlərdə klubun nümayəndəsi kimi iştirak edəcək. Abidal “Legends” layihəsinin də üzvü olub. Bu layihə dünyada veteran futbolçuların arasında xeyriyyə oyunları keçirmək istiqamətində fəaliyyət göstərir.

Qeyd edək ki, Abidal 2007/13-cü illərdə “Barcelona”nın şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43