22 Dekabr 2024
Kateqoriyasız

AFFA-dan çəkiliş qadağası

AFFA, PFL və klublar saytlara, eləcə də televiziya kanallarına oyunların görüntüsünü təqdim edə bilməz.

İdmanxeber.com-un məlumatına görə, bu barədə federasiyanın rəsmi saytında yazılıb.

Xəbərdə qeyd edilib ki, oyunlar zamanı “CBC Sport” kanalından başqa heç bir televiziya kanalının çəkiliş etmək hüququ yoxdu. Digər televiziya kanalının nümayəndələri çəkiliş üçün yalnız mətbuat konfransına buraxılacaqlar:

“AFFA və PFL olaraq, bütün saytlardan, televiziya kanallarından xahiş edirik ki, Topaz Premyer Liqasının oyunlarından aparılan videoçəkilişlər, eləcə də yerləşdirilən videoicmalların əldə olunması üçün “CBC Sport” telekanalına müraciət etsinlər”.

Qeyd edək ki, Topaz Premyer Liqasının oyunlarının yayım hüququ AFFA tərəfindən mövsümün əvvəlində “CBC Sport” telekanalına satılıb. “CBC Sport” 700 min manat ödəyərək oyunların eksklüziv yayım hüququna yiyələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43