21 Dekabr 2024
Kateqoriyasız

AFFA I Diviziondakı maraqlı olaylarla bağlı cəzaları açıqladı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, xəbər verir ki, I Divizionun I turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qaradağ Lökbatan” – “Sumqayıt-2” matçında “Qaradağ Lökbatan”ın “A” buraxılışından istifadə etməməsinə görə klub 80 manat cərimə olunub. “Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında təsdiq etmədiyinə görə, 80 manat cərimə olunub.

“Neftçi-2” – “Keşlə-2” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 80 manat cərimə olunublar. Oyunun 47-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Nihad Qurbanlı sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Zaqatala” – “Sabah-2”  matçının 24-cü dəqiqəsində “Zaqatala”nın futbolçusu Bəhruz Teymurov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. “Sabah-2” klubunun nümayəndəsinin oyunöncəsi iclasda iştirak etmədiyinə görə, klub 80 manat cərimə olunub.

“Zirə-2” – “Ağsu” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunöncəsi iclasda təcili tibbi yardım nümayəndəsi iştirak etmədiyinə görə, meydan sahibi klub 40 manat cərimə olunub.

“Səbail-2” – “Turan Tovuz” matçında “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə meydan sahibi klub 80 manat cərimə olunub (minumum 18 yaş).

“Kəpəz” – MOİK matçında “Kəpəz”in “A” buraxılışından istifadə etməməsinə görə klub 80 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43