Kateqoriyasız

“Əgər “Qarabğ” bizə pressinq etsə…” – “Linfild”in futbolçusu

“Bizimçün “Linfild”in heyətində tarix yazmaq puldan daha önəmlidir. Paltardəyişmə otağında yalnız bizim haqqımızda danışılması çox gözəl bir hissdir. “Linfild”in tarixinə öz adımızı yazmaq istəyirik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Linfild”in müdafiəçisi Mark Stafford deyib.

O, “Linfild”in səfərdə necə oynamalı olduğundan da danışıb: “İşimizə köklənmişik. Oyuna diqqətlə yanaşırıq. Yaxşı nəticə qazanmaq üçün belə heyətə sahib olmaq lazımdır və ümid edirəm ki, Azərbaycandakı  cavab oyununda da birliyimiz bizi möhkəm edəcək. Əgər rəqib bizə pressinq etsə və daim təzyiq altında saxlasa, bu halda biz müdafiədə oturub, əks-hücumlar haqqında düşünməli olacağıq. Doğma meydanda da belə etmişdik. Onları ilk oyunda məğlub etməklə əla iş gördük. Bilirik ki, rəqibin  yaxşı oyunçuları var. Buna şübhəmiz yoxdur. Həmçinin, biz də onlar üçün təhlükəli olmalıyıq. İlk oyunda əla nəticə qazandıq, komanda yoldaşlarımla fəxr edirəm. Səfərdə vurulan 2 qol rəqib üçün üstünlükdür”.

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda  keçiriləcək “Qarabağ” – “Linfild” görüşü saat 20:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43