22 Dekabr 2024
Ölkə futbolu

AFFA iki futbolçunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Sumqayıt” – “Səbail” matçının 58-ci dəqiqəsində qonaq komandanın futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan  Premyer Liqasının 25-ci turunun “Sabah” – “Neftçi” matçında  qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 56-cı dəqiqəsində “Sabah”ın futbolçusu Novruz Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43