Dünya futbolu

Sulşer üsyan etdi: “Bəzi oyunçular gedəcək”

İngiltərə Premyer Liqasının 34-cü turunda  “Mançester Yunanayted” səfərdə “Everton”a 4:0 hesabı ilə məğlub olub.

Oyunun ardından keçirilən mətbuat konfrasında  “qırmızı şeytanlar”ın baş məşqçisi Ole Quner Sulşer açıqlamalarında oyunçuları hədəf alıb:

“Mənim futbolçuluğum dönəmində bu komanda çempionatın ən çalışqan kollektivi idi. Çünki bizdən tələb olunan bu idi. İndi də mən oyunçulardan bunu tələb edirəm. Mən bu klubda qalıb, uğurlu komanda yaradacam. Ancaq bəzi oyunçular bu uğurun bir parçası olmayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43