24 Dekabr 2024
Ölkə futbolu

AFFA “Qəbələ”ni niyə cəzalandırdı?

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Toplantıda Azərbaycan Premyer Liqasının 12-ci turu ilə bağlı qərarlar verilib.

Premyer Liqanın XII turunun “Qəbələ” – “Qarabağ” görüşündə oyun öncəsi yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.

“Qəbələ”nın futbolçusu Rövlan Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanın, klub 200 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43