AFFA İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Şamaxı” – “Qarabağ” matçı ilə bağlı qərarlar verilib.
“Şamaxı” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 1500 manat cərimə edilib.
Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçirilən oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.