15 İyun 2026
Kateqoriyasız

AFFA oyuna çıxmaqdan imtina edən komandanı cəzalandırdı

AFFA İntizam Komitəsi II Liqa təmsilçisi “Qusar”a texniki məğlubiyyət verib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə qurumun iclasında qərar qəbul olunub.

II Liqada XIII turun “Qusar” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Klub həmçinin 300 manat cərimə edilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43