Ölkə futbolu

AFFA Türkiyəyə maddi yardım etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən TFF-nin müraciətində qeyd olunmuş bank hesabına 500 min Türkiyə lirəsi (bugünkü məzənnə ilə 45 min manat – red.) məbləğində maliyyə vəsaiti köçürülüb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın saytına məlumat yayıb.

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək üçün Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi media platformaları vasitəsilə ictimaiyyətə müraciəti nəzərə alınaraq bu addım atılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43