AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, iclasda “Xəzər Lənkəran” FK-nın futbolçusu Qalin İvanovun sarı vərəqəsinin ləğv edilməsi və “Simurq” PİK-in futbolçu Çeran Draqanın cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciətlərinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “Xəzər Lənkəran” FK-nın futbolçusu Qalin İvanovun sarı vərəqəsinin ləğv edilməsi barədə müraciəti təmin olunmasın.
2. “Simurq” PİK-in futbolçusu Çeran Draqan barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.