Kateqoriyasız

Aleşandre Pato Bakıya gələ bilər

Braziliya milli komandasının hücumçusu Aleşandre Pato yenidən Avropaya qayıda bilər.

İdmanxeber.com-un məlumatına görə, hazırda icarə əsasında ölkəsinin “Sao-Paulo” klubunun şərəfini qoruyan 26 yaşlı forvard Bundesliqa nəhənginin hədəfindədir.  

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Borussiya” Dortmund Patonu heyətinə cəlb etməyə çalışır. Artıq Almaniya təmsilçisi  futbolçunun müqavilə ilə məxsus olduğu “Korintians” klubu ilə danışıqlara başlayıb.

Razılıq əldə olunsa, Pato qış fasiləsində “Borussiya”ya transfer olunacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43