Kateqoriyasız

Azərbaycan – İtaliya oyunu erməni şərhçiyə həvalə olundu

Oktyabrın 10-da AVRO-2016-nın seçmə mərhələsində keçiriləcək Azərbaycan – İtaliya matçını Rusiyanın “NTV+” telekanalı da canlı yayımlayacaq.

İdmanxeber.com-un məlumatına görə, artıq görüşün şərhçisi də müəyyənləşib.

Azərbaycan – İtaliya matçı sözügedən kanalda İtaliya çempionatının oyunlarını şərh edən erməni Nobel Arustamyana həvalə olunub.

Maraqlıdı ki, sözügedən Rusiya telekanalında həmyerlimiz Elvin Kərimov çalışsa da, İtaliya yığması ilə oyunu şərh etmək erməni Arustamyana tapşırılıb.

Kərimov Azərbaycan komandalarının iştirakı ilə keçirilən oyunları şərh edir. Xüxusilə də, klublarımızın Avropa Liqasındakı oyunları Kərimova həvalə edilir.

Elvinin “NTV+”da Arustamyanla birgə şərhçiliyi də olub. Bu, Çempionlar Liqasında “Yuventus” və “Qalatasaray” arasında keçirilən oyuna təsadüf edib. Həmin görüşdə Arustamyan “Yuventus”a, Kərimov isə “Qalatasaray”a azarkeşlik edib. Matç 2:2 hesabı ilə başa çatıb.(Sportbox)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43