İdman

ALLAH RƏHMƏT ELƏSİN!

Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Həşimov vəfat edib. Üçqat ölkə çempionu uzun müddətdir müalicə alan qrossmeyster bu gecə dünyasını dəyişib. O, Almaniyanın Heydelberq klinikasında keçinib.

Qeyd edək ki, Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, üçqat Azərbaycan çempionu tituluna sahib idi. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanan qrossmeyster 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

 

ALLAH RƏHMƏT ELƏSİN


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43