Dünya futbolu

Almaniya klubunda türk baş məşqçi

Almaniya Bundesliqasında çıxış edən Leverkuzen “Bayer”inin yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, komanda Tayfun Korkuta həvalə edilib. 42 yaşlı türkiyəli çalışdırıcı mövsümün sonunda qədər Leverkuzen təmsilçisinin “sükanı arxasında” olacaq.

Xatırladaq ki, Bundesliqanın son turunda Dortmund “Borussiya”sına böyük hesabla (2:6) məğlub olan “Bayer” Rojer Şmidtlə yollarını ayırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43