Azərbaycan I divizionunda XIX turun oyun cədvəli müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.
Turun görüşləri martın 9-10-da keçiriləcək.
9 mart (cümə axşamı)
“Səbail” – “Turan Tovuz”
“Bayıl Arena”, 19:00 (CBC Sport/canlı)
“Energetik” – “Ağsu”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00
“Göyəzən” – “Şərurspor”
Qazax şəhər stadionu, 15:00
“Qaradağ Lökbatan” – “Şahdağ”
Lökbatan İdman Kompleksinin stadionu, 15:00
10 mart (cümə)
MOİK – “Rəvan”
“Bayıl Arena”, 14:00
“Mil-Muğan” – “Zaqatala”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00
“Bakılı” – “Şəmkir”
“İnter Arena”, 4-cü meydança, 13:00