Ölkə futbolu

Amit Quluzadədən Mahir Şükürova “göndərmə”: “Dirsək atıb söyüş söyür, ayıbdı”

“Məncə maraqlı oyun oldu. Yəni hər iki komanda hücumda oynayırdı deyə qol epizodları çox idi. Amma uduzmağımıza görə üzülürəm”.

Bu sözləri açıqlamasında “Qəbələ”nin futbolçusu Amit Quluzadə deyib.

Gənc yarımmüdafiəçi oyun zamanı Mahir Şükürov arasında düşən mübahisədən də danışdı: “Mən oynadım oynamadım onsuz da başım aşağıdı. Heç kimlə işim yoxdu.  Mənim üzüldüyüm başqa şeydi. Mahir millinin üzvüdü. Mənə dirsək atır, sonra da söyüş söyür. Bu ayıbdı.  Mən neyləməliyəm? Deyim əcəb edirsən? Söydü mən də cavabını verdim. Birinci hissədə Rəşada səhvən bir söz dedim. Bilmirdim ki, Rəşad idi. Sonra səhv saldığımı anladım və ona dedim ki, bağışla. Bu mənim böyüklüyümdü. Ancaq Mahir Şükürovun etdiyi böyük ayıbdı”.

Amit “Neftçi” fanatlarının Elnur Allahverdiyevlə arasındakı problemə isə belə şərh verib: “Mən “Neftçi”nin yetirməsiyəm. Bu azarkeşləri yaxşı tanıyıram. Başa düşürəm. Oyundu, hər şey olur. Belə vaxtlarda azarkeşləri sakitləşdirmək lazımdı. Bəziləri kimi “tırka” vermək olmaz”.

stadium.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43