Dünya futbolu

Ançelottiyə inam itir – son şans verildi…

“Real” rəhbərliyi baş məşqçi Karlo Ançelottinin işindən narazıdır.

İdmanxeber.az-ın məlumatına görə, komandanın hazırkı durumu rəhbərliyi narahat edir. Mənbə bildirir ki, İspaniya Super Kubokunun finalında “Barselona”ya məğlub olması italiyalı mütəxəssisə olan güvəni sarsıdıb.

Məşqçiyə qarşı olan bu mövqe təkcə nəticələrlə bağlı deyil, həm də komandanın ümüumi performansıdır. Madrid klubunun klublararası dünya çempionatındakı çıxışı Ançelotti üçün həlledici olacağı bildirlir.

“Real” klublararası dünya çempionatının yarımfinalında sabah “Əl-Əhli” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43