Dünyadan

Antonio Kassanonun addımı hər kəsi təəccübləndirdi

Bir müddət öncə “Verona” ilə razılığa gələn İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano qərarını dəyişərək, karyerasını başa vurduğunu açıqlayıb.

İdmanxeber.com-un İtaliya mətbuatına istiandən yaydığı xəbərə görə, buna səbəb 35 yaşlı hücumçunun ailəsi ilə daha çox vaxt keçirmək istəməsi olub.

Qeyd edək ki, A. Kassano daha öncə “Roma”, “Milan”, “İnter” və “Real” kimi klublarda çıxış edib. O, son olaraq “Sampdoriya”da oynayıb. Milli komanda ilə 39 oyuna çıxan təcrübəli futbolçu 10 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43