“Birinci oyun olduğu üçün komandaya uyğunlaşmaq müəyyən qədər çətin idi. Çünki neçə il “Bakı”da oynamışam və “Bakı”dan sonra ilk komandam “Neftçi”dir. Şükür allaha pis alınmadı, birinci oyunumuzda qələbə qazandıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin rəsmi saytına açıqlamasında klubun yeni qapıçısı Aqil Məmmədov deyib:
“Çalışacağıq ki, burdakı oyunlarda qələbə qazanaq və çempionata həvəslə gedək. Komandada yeni olduğum üçün çətinlik çəksəm də, düçünürəm ki, oynadıqca düzələcək.”