Futbol üzrə Azərbaycan I Divizionunda 30-cu turun bir oyunu keçirilib. “Araz Naxçıvan” doğma meydanda “Energetik”i qəbul edib və rəqibin qapısından 9 cavabsız qol keçirib.
İdmanxeber.com-un məlumatına görə, Naxçıvan təmsilçisinin heyətində Tərlan Xəlilov (d.41), Akif Tağıyev ( d.45+1), Cavid Həsənov (d.49), Bəxtiyar Soltanov (d.79) və Fərid Quliyev (d.80) hərəyə bir qol vurub. Komandanın gürcüstanlı legioneri David Janalidze isə 42, 50, 70 və 85-ci dəqiqələrdə qol vurmaqla “poker” edib.