Məqşlərini gündə 2 dəfə İ. Axundlu adına Naxçıvan şəhər stadionunda davam etdirən “Araz” 26 avqustda Türkiyəyə təlim-məşq toplanışına yollanacaq.
Hazırlıq Ərzurum şəhərində “Ərzurumspor” təsislərində baş tutacaq. 32 nəfərlik heyətlə qardaş ölkəyə yollanacaq Naxçıvan təmsilçi orada 2 yoldaşlıq matçı keçirməyi planlaşdırıb. Avqustun 27-də yerli “Ərzurumspor”la qarşılaşacaq “Araz” 2 gün sonra Rza Çalımbayın baş məqşçisi olduğu “Çaykur Rizespor”la görüşəcək. 10 günlük Ərzurum hazırlığından ardından “Araz” Naxçıvana geri dönərək məşqləri yerli arenada davam etdirəcək. Yerli azarkeşlər önündə komandamızın daha bir yoldaşlıq matçı keçirməsi də planlaşdırılıb. Rəqibin kimliyi bilinməsə də, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq.
Həmçinin komanda bu günlərdə texniki heyəti də komplektləşdirib. Son iş yeri AZAL PFK olan həkim Sədi Məmmədov komandanın həkimi təyin olunub. “Turan”da çalışmış Rəşid Qayfulin isə “Araz”da masajçı kimi fəaliyyət göstərəcək.