Premyer Liqa

“Böyük oyun” öncəsi “Neftçi”də hər şey qaydasındadı: Sadıq Sadıqov da Lənkərana gedir

“Neftçi” “Böyük oyun”a hazırlıqlarını davam etdirir.

Paytaxt klubu avqustun 25-də səfərdə keçirəcəyi “Xəzər Lənkəran”la prinsipial matça optimal heyətlə hazırlaşır. Sadəcə kart cəzalısı Elvun Yunuszadə “Böyük oyun”da iştirak edə bilməyəcək.

Klubun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, bu səbəbdən də gənc futbolçu səfər matçına aparılmayacaq.

Klub prezidenti Sadıq Sadıqovun da “Fırtınalar meydanı”nda oyunu izləməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43