Kateqoriyasız

Argentina millisinin hücumçusu zədələndi

Argentina millisinin hücumçusu Xoakin Korrea bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı hücumçu sol ayağından zədə alıb. Korreanın yerinə komandaya ABŞ-ın MLS liqasında çıxış edən “Atlanta”nın oyunçusuTiaqo Almada çağırılıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Argentina C qrupunda Meksika, Polşa və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43