Kateqoriyasız

DÇ-2022: 7 milyon dollarlıq rüşvət iddiası

Bir neçə günə startı veriləcək dünya çempionatı ilə bağlı yeni bir iddia ortaya atılıb.

İdmanxeber.az xəbər verir ki, bəhreynli jurnalist Amjad Taha özünün sosial şəbəkə hesabında Qətərin dünya çempionatının açılış matçında uduzmaları üçün Ekvadorun 8 futbolçusuna 7,4 milyon dollar rüşvət təklif etdiyini iddia edib.

Mundial noyabr 20-də start götürəcək. Açılış matçında ev sahibi Qətər Ekvador yığması ilə üz-üzə gələcək. Mundiala dekabrın 18-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43