Dünyadan

“Arsenal”lı futbolçu üçün “Qalatasaray” “kisə”nin ağzını açdı

İtaliya mətbuatı “Qalatasaray”la bağlı maraqlı iddia ortaya atıb.

İdmanxeber.com-un məlumatına görə, italiyanlar iddia edir ki, “Qalatasaray” Bakari Sanyanı “Arsenal”dan almaq üçün futbolçuya həftəlik 120 min funt sterling təklif edib. London klubu isə fransalı futbolçuya müqaviləsini yeniləyəcəyi təqdirdə həftəsinə 70 min funt təklif edib. Sanyanın “Arsenal”ın bu təklifinə “yox” deyəcəyi və klubundan yayda ayrılacağı gözlənilir.

Qeyd edək ki, Sanya ilə “İnter”,  “Monako” və “Liverpul” klubları maraqlanır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43