Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi “Ayntraxt”ın baş məşqçisi Armin Veh bu gün Almaniya Bundesliqasının “Bavariya” ilə ev matçından öncə alman jurnalistlərinə müashibə verib.
– “Bavariya” ilə sabahkı oyun öncəsi özünüzü necə hiss edirsiniz?
– Açığını bilmək istəyirsinizə, mən başqa rəqiblə oynamağı istərdim. Bu oyunda biz audsayderik. Amma futbolun gözəllikləri də var. Odur ki, nəyin necə olacağını yaşayarıq, görərik.
– Ancaq “Bavariya” aşkar favoritdir və bunu hamı deyir...
– Əgər “Bavariya”nın iki futbolçusunun qiyməti mənim bütün komandamdan bahadırsa, əlbəttə favorit olmalıdır.
– Sebastian Yanq oynaya biləcək?
– Böyük ehtimalla hazır olmadığı üçün oynaya bilməyəcək.
– “Herta” məğlubiyyətini unutmusunuz?
– Əlbəttə, bu, bizimüçün yaxşı dərs oldu. “Bavariya” ilə oyunda Berlində yaşananlar təkrarlanmayacaq. Bu oyunda çox istəkli və aqressiv futbol ortaya qoyacağıq.
– Sambrano və Andersonun durumu necədir?
– Hər ikisi oynayacaq durumdadır.
– Sonda. Münxen klubu ilə oyundan nə gözləyirsiniz?
– Bütün imkanlarımızadn istifadə edəcəyik. Məncə, uğurlu nəticə üçün az da olsa şansımız var. Nəzərəalaq ki, evdə, böyük anşlaq qarşısında oynayacayıq.
“Ayntraxt”ın baş məşqçisi: “Bu səhvlər təkrarlanmayacaq” – MÜSAHİBƏ
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43