Müsahibə

Ayxan Abbasov: “Qarabağ”a bilərəkdən xal verənə də…”

Bu gün azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Neftçi” doğma meydanda “Zirə”yə məğlub olub – 1:2.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

– Oyuna ciddi hazırlaşmışdıq. Xal fərqinə baxsaq bizim üçün önəmli oyunlardan biri idi. Bərabərlik bizə sərfetsə də, qalib gəldik. Futbolçularıma təşəkküredirəm. Qış fasiləsindən sonra komandamız xarakter nümayiş elətdirir. 

– Bu qələbə “Zirə”nin 4-cü yerdə möhkəmlənməsi üçün ciddi qələbə qazandığını düşünmək olarmı?

– Sona qədər bu tempi saxlasaq 4-cü yeri qazana bilərik. Çalışacağıq sona qədər bu təzyiqə dözək. Bu, futboldur. Hər şey ola bilər.

– Milli komanda ilə bağlı yaranmış fasiləni necə dəyərləndirərsiz?

– Bizim 5 futbolçumuz bizimlə olmayacaq. Növbəti oyunumuz Gəncədə olacaq. Gəncə səfəri hər zaman çətin olur. 4-cü dövrə hər komanda üçün çətin olacaq. Bu, onların son şansı olduğu olduğu üçün maksimum istifadə etməyə çalışacaqlar.

– Komandanın qarşısına avrokuboklara düşməsi üçün məqsəd qoyulubmu?

– Mənə bu vəzifə təklif ediləndə qarşıma komandanın ötən ilki oyunu nümayiş elətdirməyi qoymuşdular. Mən də çalışıram ki, komandanın ötən ilki oyununu geri qaytarım. Hər bir komanda avrokuboklara düşmək istəyər. Çalışarıq ki, maksimum xal götürüb vəsiqəni təmin edək.

– Azarkeşlərlə aranızda nəsə mübahisə oldu…

– Bu durum çox uçuruma gedir. Azarkeşlər nalayiq ifadələr işlədirlər. Mən də futbolçularıma deyirəm ki, heç kimə cavab verməsin. Azarkeşlər çoxu deyir ki, “Qarabağ”ın ikinci komandasıyıq. “Qarabağ”a bilərəkdən xal verənə də, bu fikri çıxarana da Allah lənət eləsin. 

– Bu söhbətə son qoymaq üçün düşünmürsüz ki, 4-cü dövrədə “Qarabağ”a qalib gələsiz…

– Bugünkü söhbətlər istər-istəməz futbolçularda gərginlik yaradır. Hər bir oyunun videogörüntüsü var, gətirsinlər, göstərsinlər ki, hansı oyunu vermişik. Biz “Qarabağ”a qarşı oynayacağıq. Kim istəməz ki, qalib gəlməsin.

– Kamal Bayramov bu oyunla Anar Nəzirovun yerini tuta biləcəkmi?

– Kamal hər zaman inamlı oyun nümayiş elətdirir. Komandada rəqabət var. Bəzi komandada ikinci qapıçıya ciddi yanaşmırlar. Kiminsə yeri rahat olanda arxayınlıq olmur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43