Müsahibə

Elxan Abdullayev: “Nə vaxt bu sindromu qıracağımızı bilmirik”

Bu gün azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Neftçi” doğma meydanda “Zirə”yə məğlub olub – 1:2.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Neftçi” klubunun baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

– Bu oyun çox vacib və önəmli idi. Amma təəssüflər olsun ki, məğlub olduq. “Zirə” bizə həmişə narahat rəqib olub. Artıq 3-cü ildir ki, bu komandanı uda bilmirik. Bu da futbolçulara pisixoloji təsir göstərir. Üstünlük bizdə idi, amma 5 dəqiqə ərzində iki qol hər şeyi həll etdi.

– Komanda “Zirə”yə məğlub oldu, yoxsa Vaylo?

– Hər kəsin günahı var. Təkcə Vaylonu günahlandırmaq istəmirəm. Fərd şəkilində səhv axtarmaq lazım deyil.

– Vaylo son oyunlarda ciddi səhvlər edir…

– Udan heyət dəyişdirilmir. Vaylonu məcburiyyətdən dəyişə bilmirdik. Oyundan öncə Məqsəd İsayevin gözündə problem var idi. Bu səbəbdən məcbur olduq Kamal Qurbanovu oyuna buraxaq. Buna baxmayaraq, uduzan komandadır. Hər futbolçuda səhvlər olur.

– Qış fasiləsində yenilənən “Neftçi” yenə də “Zirə”ni məğlub edə bilmədi…

– Düşünmürəm ki, zəif oynamışıq. Sadəcə, bizdə “Zirə” sindromu var. Nə vaxt bu sindromu qıracağımızı bilmirik.

– “Neftçi”nin avrokuboklara gedəcəyi yalnız kuboklardan asılıdır?

– Qarşıda 7 tur var. Hələ şanslarımız var. Kuboku da götürə bilərik. Alınsa, alınar. Çalışacağıq ki, maksimum xallar toplayaq və kubokda uğurlu oyun nümayiş elətdirək.

– Qış fasiləsindən sonra Elxan Abdullayevin ən böyük səhvi hansıdır?

– Biz insanıq. Hər insanın səhvləri olur. Amma mən bunu açıqlamaq istəmirəm.

– Oyundan sonra Ayxan Abbasovla söhbətiniz oldu. Nə barədə idi bu?

– Mən onus sadəcə təbrik etdim. Bir də soruşdum ki, Sanqara nəsə oldu, yoxsa yox.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43