Bu gün Azərbaycan kubokunda 2023/24 mövsümünə start verilib.
İdmanxeber.az xəbər verir ki, mövsüm 1-ci təsnifat mərhələsini oyunları ilə başlayıb. İlk oyun günündə 3 matç keçirilib.
2-ci liqa təmsilçilərindən “Lerik” “Füzuli”yə (1:0) , “Şahdağ Qusar” “Qusar”a (0:0, penaltilər seriyası – 5:4), “Göygöl” “Dinamo”ya 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, bu mərhələnin digər oyunları 19-20 noyabr tarixlərində keçiriləcək.
18 noyabr (şənbə)
13:00. “Füzuli” – “Lerik” – 0:1
Qol: Rəvan Quluzadə, 58
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə
“ASK Arena”
13:00. “Qusar” – “Şahdağ Qusar” – 0:0 (penaltilər seriyası – 4:5)
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov
“Kapital Bank Arena” (ehtiyat meydança)
14:30. “Göygöl” – “Dinamo” – 2:1
Qollar: Ziyabil Məmmədov, 75 (1:0), Vüqar Əşrəfli, 76 (2:0), Valeh Seyidov, 90+1 (2:1)
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov
Göygöl OİK stadionu