Dünya futbolu

“Avropa çempionu olmaq istəyirsənsə, hamını məğlub etməlisən”

Belçika millisinin futbolçusu Koen Kastels Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı mətbuat konfransı təşkil edib.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı qapıçı 2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatına da iddialı yollanacaqlarını bildirib:

“Qrup birincisi olmaq imkanı bizə əlavə motivasiya verir. Aydındır ki, Avropa çempionu olmaq istəyirsənsə, hamını məğlub etməlisən. Əvvəlcə isə ilkin mərhələdə olan rəqibləri üstələmək lazımdır. Yağışla əlaqədar sabah meydança yaş ola bilər ki, bu da çətinlik yaradır. Üstəlik, dünəndən Avropa çempionatının yeni topları ilə məşq edirik. Yağışda buna öyrəşmək vaxt tələb edir”.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43