Ölkə futbolu

Azərbaycan Kuboku: 3 komanda növbəti mərhələdə

Bu gün Azərbaycan kubokunda 2023/24 mövsümünə start verilib.

İdmanxeber.az xəbər verir ki, mövsüm 1-ci təsnifat mərhələsini oyunları ilə başlayıb. İlk oyun günündə 3 matç keçirilib.

2-ci liqa təmsilçilərindən “Lerik” “Füzuli”yə (1:0) ,  “Şahdağ Qusar” “Qusar”a (0:0, penaltilər seriyası – 5:4), “Göygöl”  “Dinamo”ya 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. 

Qeyd edək ki, bu mərhələnin digər oyunları 19-20 noyabr tarixlərində keçiriləcək.

18 noyabr (şənbə)

13:00. “Füzuli” – “Lerik” – 0:1
Qol: 
Rəvan Quluzadə, 58

Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə
“ASK Arena”

13:00. “Qusar” – “Şahdağ Qusar” – 0:0 (penaltilər seriyası – 4:5)
Hakimlər
: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov

“Kapital Bank Arena” (ehtiyat meydança)

14:30. “Göygöl” – “Dinamo” – 2:1
Qollar:
 Ziyabil Məmmədov, 75 (1:0), Vüqar Əşrəfli, 76 (2:0), Valeh Seyidov, 90+1 (2:1)

Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov
Göygöl OİK stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43