Milli komanda Ölkə futbolu

“Bu dəqiqə məni o maraqlandırmır” – De Byazi

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sabah millimiz Belçikanın qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, matçdan öncə millimizin baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb:

– Yaxşı bir mərhələ keçirmişik. Komanda bütün gücünü qoyub. Sabahkı oyunda da bunu təkrar etməyə çalışacağıq. Düzdü, güclü komandaya qarşı oynayacağıq. 

– Azərbaycanda ümumi fikir belədir ki, taleyiniz sabahkı oyundan asılıdı. Siz necə düşünürsüz?

Bu dəqiqə məni o maraqlandırmır. Ona görə də buna cavab verməyəcəm. 

– Bakıdakı oyunda Belçikanı çətin duruma salmışdız. Sabahkı oyunda onlara nə plan hazırlamısız?

– Fikirləşirəm ki, sabah da intensivlik göstərməliyik. Öz imkanlarımızdan yararlanmalıyıq. İlk oyunda rəqibdən çəkinmədik. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43