08 İyun 2026
Dünya futbolu

Kadi Borges ərəblərdən təklif aldı

“Qarabağ”ın sabiq futbolçusu Kadi Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı klublarından təklif alıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Futbolçunun agenti Xelsio Alisk yayılan məsələ ilə bağlı açıqlama verib. O, təklif aldıqlarını təqdiqləyib.  

“Kadiyə həqiqətən də təkliflər var idi. Amma “Krasnodar” transferə razılıq vermədi” – deyə Xelsio Alisk “RB Sport”a bildirib.

Qeyd edək ki, Kadi bu mövsüm “Krasnodar”la bütün turnirlərdə 20 oyun keçirib, 4 qol vurub və 1 qolun ötürməsini edib. Onun Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun 30-da başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43