21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçirəcəyi növbəti oyunların stadionları müəyyənləşib.
Idmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, milli komanda Avropa çempionatının seçmə mərhələsində növbəti matçlarını səfərdə keçirəcək.
Azərbaycan millisi iyunun 3-də Parnu şəhərindəki “Parnu Rannastaadion”da Estoniya, iyunun 7-də isə Helsinkidə, “Helsinki Football Stadium”da Finlandiya yığması ilə qarşılaşacaq. Estoniya ilə oyun 20:00-da, Finlandiya yığması ilə qarşılaşma isə 17:00-da başlayacaq.