Kateqoriyasız

Çempionlar Liqası: ilk yarımfinalçılar məlum oldu

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” səfərdə “Real”ın qonağı olub. Matçın əsas vaxtı londonluların 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda “Real” eybi hesabla üstün olduğu üçün əlavə vaxta ehtiyac duyulub. Burda daha bir dəfə fərqlənən Madrid klubu yarımfinala yüksəlib.

Gecənin digər matçında Almaniya “Bavariya”sı doğma meydanda İspaniya “Vilyarreal”ı ilə qarşılaşıb. İlk oyunda 1:0 qalib gələn “sarı sualtı qayıq” rəqib meydanında 1:1 hesablı heç-heçəyə nail olub və növbəti mərhələyə yüksəlib.

1/4 finalın digər görüşləri bu gün baş tutacaq.

Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları

12 aprel

23:00. “Real” (İspaniya) – “Çelsi” (İngiltərə) – 2:3
Qollar:
 Rodriqo, 80, Benzema, 96 – Mount, 15, Rüdiger, 51, Verner, 75

Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 3:1

23:00. “Bavariya” (Almaniya) – “Vilyarreal” (İspaniya) – 1:1
Qollar:
 Vilyarreal, 52 – Çukvueze, 88

Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 0:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43