21 Dekabr 2024
Kateqoriyasız

“Azərbaycan millisinin qapıçısı əla oynadı” – Zlatko Daliç

AVRO-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan millisi ilə heç-heçə edən (1:1) Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı…

– Matç barədə nə deyə bilərsiz?
– Azərbaycan millisini yaxşı performansa və xala görə təbrik edirəm. Oyuna istədiyimiz kimi başladıq, çoxlu qol imkanlarımız oldu. Erkən qol vurduq. Rəqibin qapıçısı əla performans göstərdi. İlk hissənin sonuna doğru həyəcanlanmağa başladıq. Fasilədən sonra rəqib daha yaxşı oynadı və qol vurdu. Bu, məyusedici nəticədi. Ancaq vəziyyəti qəbul etməli və növbəti matçlara hazırlaşmalıyıq.

matçlara hazırlaşmalıyıq.

– Ante Rebiç necə oynadı? Əvəzləmələri daha erkən edə bilməzdizmi?
– Əgər dəyişiklikləri tez etsəydik, nəticəyə təsir edə bilərdik. İlk hissədə Rebiçin iki qol şansı var idi. Onu əvəzləməyib, inandığımı göstərmək istədim. İkinci qolu vura bilmədik, Azərbaycan millisi isə yaxşı mübarizə aparıb, layiq olduğu qolu vurdu.

– Federasiya prezidenti Davor Şuker bildirib ki, İvan Rakitiç hələ hazır deyil, ancaq qısa zamanda millidə olmalıdı…
– Rakitiç çox yaxşı futbolçudu. Prezidentimizin dediyi sözlərə qatılıram.

– Azərbaycanlı futbolçuların Avropada legioner həyatı yaşamadığını görəndə təəccüblənmədiz ki?
– İlk oyunda görmüşdük ki, Azərbaycan çox yaxşı komandadı. Digər komandalardan xal alacaqlarına inanırdım. Azərbaycanın xal qazanmaması qəribə idi. Bu gün yaxşı motivasiyalı, aqressiv oynadılar. Onlar hər halda burda xoşbəxtdilər, ona görə də xaricə getmirlər.

– Xorvatiya yığması “Bakcell Arena”da ikinci dəfə xal itirir. Bu stadionu sizin komanda üçün cəhənnəm adlandırmaq olarmı?
– Düşünmürəm ki, hansısa stadion cəhənnəmdi. Sadəcə , şanslardan istifadə etmək lazımdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43