Kateqoriyasız

İlk xalımızı dünya ikincisindən qazandıq!

Avropa çempionatının seçmə mərhələsi davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Nikola Yurçeviçin başçılıq etdiyi millimiz Xorvatiya ilə qarşılaşıb. Hesabı qonaqkar açsa da, ikinci hissədə Təmkin Xəlilzadə ilə cavab qolunu vuran millimiz bu nəticəni oyunun sonuna kimi saxlaya bilib. Bununlada millimiz qrupda ilk xalını qazanıb.

9 sentyabr

20:00. Azərbaycan – Xorvatiya – 1:1
Qollar: Modriç, 11-pen (0:1), Təmkin Xəlilzadə, 72 (1:1)
Baş hakim: Sandro Şerer
“Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43