Azərbaycan Premyer Liqasının yeni sponsoru olacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayev “Futbol+” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, fevral ayında yeni sponsorla müqavilə bağlayacaqlar.
Qurum rəsmisi sponsorun Türkiyənin “Misli” şirkətinin olacağını söyləyib. “İnşallah, bu əməkdaşlıq alınar” – deyə o bildirib.
Qeyd edək ki, “Misli” mərc oyunları şirkəti bu yaxınlarda Azərbaycanda da fəaliyyətə başlayıb.