Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında finala vəsiqə qazanıb.
18 yaşlı idmançı yarımfinalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.
Vəlizadə finişə 1 dəqiqə 58,93 saniyəyə çatıb.
Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov bu gün mübarizəyə start verəcək.