İdman

Azərbaycan atleti Fransadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan atleti Aleksis Kopello Fransanın Sotteville-les-Rouen şəhərində keçirilmiş beynəlxalq turnirdə qızıl medal qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, üç təkanla tullanmada çıxış edən 37 yaşlı idmançı “Meeting International de Sotteville 2022” yarışında 16.81 metr nəticə göstərib.

Qeyd edək ki, Aleksis Kopello 2017-ci ildən Azərbaycan millisində çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43