Kateqoriyasız

“Kəpəz” portuqaliyalı futbolçu transfer edir

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə yeni futbolçu qata bilər.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisi portuqaliyalı müdafiəçi transfer edə bilər. Adı açıqlanmayan futbolçu hazırda komandada baxışdadı. Məşqçilər korpusu bəyənəcəyi halda onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, “Kəpəz” yay transfer dönəmində Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov və Zamiq Əliyevi heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43