Ukraynanın LNZ klubuna baş məşqçi təyin olunan “Neftçi”nin sabiq çalışdırıcısı Roman Qriqorçuk Azərbaycana ikinci dəfə qayıdışından danışıb.
İdmanxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəsssis “Neftçi”dəki uğursuzluğundan danışarkən bunları deyib:
“Mən həqiqətən Ukraynaya qayıtmaq istəyirdim. Azərbaycana ikinci gedişim planlaşdırılmamış və arzuolunmaz oldu. Daha doğrusu, bu, təsadüf idi. İndi isə mən Ukraynaya qayıtdım və buna çox şadam”.
Qeyd edək ki, 59 yaşlı ukraynalı mütəxəssis bu ilin iyununda “Neftçi”dən ayrılıb.