30 Oktyabr 2024
Dünya futbolu

“Azərbaycandan hakim təyin edərlər və…” – Okan Buruk

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Türkiyənin “Qalatasaray” klubu səfərdə İsveçrənin “Yanq Boyz” kollektivinə uduzub – 2:3.

İdmanxeber.az-ın məlumatına görə, “cim-bom”un baş məşqçisi Okan Buruk matçın hakimliyindən narazı qalıb. O, UEFA-dan cavab qarşılaşmasına Azərbaycandan olan hakimlərin təyin edilməsini istəyib:

“Mən tribunadaydım, hakimin idarəçiliyi rahatsızlıq verirdi. Yersiz kartlar paylayırdı. Hətta kart yazması da təxminən bir dəqiqə çəkirdi. Almaniya kantonunun komandası ilə oynayırıq. İsveçrəyə alman hakim gəlir. Ümid edirəm ki, 2-ci oyuna azərbaycanlı hakim təyin edəcəklər. Vəziyyəti bərabərləşdirəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43