Kateqoriyasız

Azərbaycanlı futbolçu Yunanıstan klubunda debüt etdi

Azərbaycanlı futbolçu Turan Manafov yeni klubu “Olimpiakos Volos”da debüt edib.

Bu, Yunanıstan II Liqasında “Apollon”a (Larissa) qarşı səfər oyununda reallaşıb. Manafov 1:1 hesabı ilə başa çatan matçda start heyətdə yer alıb və sonadək oynayıb.

“Olimpiakos Volos” 10 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Müqavilə ilə “Səbail”ə məxsus olan Manafov Yunanıstan klubunda icarə əsasında çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43